Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-12-2025 , 15:16

1086

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Elnur Beybalayev: “Həyata keçirdiyimiz hər bir layihədə sakinlərin istəyi nəzərə alınır”

"Ağalıq bələdiyyəsi olaraq daim sakinlərə xidmət etməklə həm də seçicilərimizə verdiyimiz sözü tutmuş oluruq. Həyata keçirdiyimiz hər bir layihə məhz sakinlərin təşəbbüsü və ya istəyi nəzərə alınır" - bu fikirləri Belediyye.infoya Şabran rayonu Ağalıq bələdiyyəsinin sədri Elnur Beybalayev deyib.

Bu günlərdə sakinlərin və xüsuəndə şəhid ailələrinin müraciəti bələdiyyə iclasında müzakirə edilərək kəndarası küçələrin abadlaşdırılması qərara alınmışdır. Bunun üçün kəndin ehtiyacı olan küçələrinə çınqıl tökülərək qrederlə yayılımış və bərkitmə işləri aparılaraq sakinlərin gediş-gəlişi üçün yararlı vəziyyətə gətirilmişdir.

Bununla yanaşı Dünya Azərbaycanlılarının Həmrəylik günü kənd ərazisində şəhid ailəsi ziyarət olunmuş, sosial-məişət qayğıları ilə maraqlanılmış və bayram payı təqdim edilmişdir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər