Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-12-2025 , 20:49

1350

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Azər Məhərəmov: “Qara Nuru Bələdiyyəsi bundan sonra da sosial dəstək tədbirlərini davam etdirməyi qarşısına məqsəd qoymuşdur”


“Saatlı rayon Qara Nuru Bələdiyyəsi tərəfindən sosial həssas ailələrə və müharibə iştirakçılarının ailələrinə daim diqqət və qayğı göstərilir” bu barədə Belediyye.infoya məlumatı  adıçəkilən bələdiyyənin sədri Azər Məhərrəmov deyib.

Sədr bildirib ki, Şirinbəyli kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidi ailəsinə 200 manat məbləğində bir dəfəlik maddi yardım göstərilmişdir. Həmin kənddən olan idmançıya isə 100 manat məbləğində bir dəfəlik maddi yardım edilmişdir. Qara Nuru kəndindən olan bir ailəyə də 100 manat məbləğində bir dəfəlik maddi yardım təqdim olunmuşdur.

Bununla yanaşı, görülən işlər bununla yekunlaşmır. Bayram günləri ərəfəsində 7 aztəminatlı ailəyə Qara Nuru Bələdiyyəsi tərəfindən bayram sovqatları hazırlanaraq təqdim edilmiş, ailələrlə səmimi bayram söhbətləri aparılmışdır.

Qara Nuru Bələdiyyəsi bundan sonra da sosial dəstək tədbirlərini davam etdirməyi qarşısına məqsəd qoymuşdur.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər