Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-08-2025 , 15:14

2288

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əlfəddin Həsənov: “Bələdiyyənin büdcə gəlirlərinin artması seçicinin qaldırdığı  problemlərin həlli deməkdir”

“Sabunçu bələdiyyəsi olaraq daim rayon icra hakimiyyətin dəstəyini hiss edirik. Keçirilən səyyar görüşlərdə rayon ərazisində fəaliyyət göstərən bələdiyyələrin hər birinə icra başçısı Adil Vəliyev  xüsusi diqqət  göstərir, ən əsası səyyar görüşə gələn vətəndaşı seçkili orqan olan bələdiyyənin fəaliyyətinə dəstək göstərməyə, habelə  vergiləri vaxtında ödəməyi tövsiyə edir. RİH-in bu münasibəti bizim fəaliyyətimizə əlavə stimul verir” - bu fikirləri bələdiyyə qulluqçularının və ”Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqlinin iştirakı ilə keçirilən görüşdə  adıçəkilən bələdiyyənin sədri Əlfəddin Həsənov bildirib.

Sədr görüşdə qeyd edib ki, Sabunçu bələdiyyəsinə müraciət edən hər bir şəxs heç bir halda buradan narazı getmir. Çünki kollektivin hər bir üzvü vətəndaşı dinləyərək, onu narahat edən məsələnin həlli ilə bağlı öz təklifini verir. Bələdiyyədən asılı olanlar öz həllini tapır, müzakirəsi tələb olunan məsələlər  bələdiyyə iclasının gündəliyinə salınır, bələdiyyədən asılı olmayanlar isə baxılması üçün  digər orqanlara istiqamətləndirilir. Hətta bələdiyyənin rəsmiləri həmin orqanların rəhbərləri əlaqə saxlayaraq vətəndaşın problemini elə öz yanındaca izahın verir. Sabunçu bələdiyyəsi vətəndaşa xidmətdən yorulmur və kollektivin hər bir üzvü bunu öz vəzifəsi hesab edir. Məhz  göstərilən bu diqqət və qayğının nəticəsidir ki, keçirilən səyyaq görüşlərdə bələdiyyələrlə bağlı suallara az rast gəlinir.

Üstəlik, bələdiyyənin inzibati binasının foyesində geniş bir məlumat lövhəsi asılıb. Lövhəyə diqqət yetirən hər bir sakin həm fəaliyyətimizlə yaxından tanış ola bilir, həm kimə müraciət etməli olduğu müəyyən edir, həm də bir çox hallarda öz suallarına cavab tapa bilir.

Sədr görüşdə onu da əlavə etdi ki, məlumat lövhəsindəki elan və məlumatlar mütəmadi olaraq yenilənir, qanunlara edilən dəyişikliklər və digər məqamlar lövhədə öz əksini tapır.

Sədrin sözlərinə görə, hazırda bələdiyyənin vergi xidməti əməkdaşlarının əsas vəzifəsi ərazidəki vergi ödəyiciləri haqqında məlumatları dəqiqləşdirmək BAMS-ın yaratdığı imkandan ən yüksək səviyyədə istifadə etməyə yönəlib.

SMS xidmətindən ilk istifadə edənlər sırasında olan Sabunçu bələdiyyəsinin BAMS-ın Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat  bazasına inteqrasiya edilməsi nəticəsində büdcə gəlirlərində artım müşahidə edilməkdədir. Ötən ilin altı ayı ilə müqayisədə cari ildə büdcə daxilolmalarında  20 min manata yaxın artım müşahidə olunub.  Ötən ilin birinci yarısında ay ərzində  12-15  min manata yaxın büdcə gəliri olduğu halda, cari ildə bu rəqəm artıq 17-19 min manatı keçib.

Sədr bildirib ki, bələdiyyə ilk olaraq hələ 2020-ci ildə SMS xidmətindən istifadə etməyə başlayıb.

Bu gün kollektivin qarşısında dayanan əsas vəzifə seçicilərin qaldırdığı problemlərin həllinə nail olmaqdır. Problemlərin həlli isə büdcə gəlirlərinin səviyyəsindən  asılıdır. Bələdiyyənin büdcə gəlirlərinin artması, əslində, elə seçicinin qaldırdığı problemlərin həlli deməkdir.

Belə ki,  bələdiyyənin büdcə gəlirləri  2019-ci ildə 78 min manat olmuşdursa, bu göstərici ilbəil artaraq  2024-cü ilin  220 min manata çatdırılmışdır. Bu illər ərzində bələdiyyənin ən böyük uğuru isə 2020-ci ilədək bələdiyyənin əvvəl ki illərdən yığılıb qalmış 90 min manatlıq  DSMF borcu borcu bağlanmasını hesab etmək olar.   

Sədr bildirib ki, yerli büdcənin gəlirlərinin artımının, davamlılığın və şəffaflığın təmin edilməsi məqsədi ilə mütəmadi olaraq vətəndaşlarla görüşlər keçirilir, vergi xidməti əməkdaşları tərəfindən həm də  bu görüşlərdə onlarla maarifləndirmə və təşviqat işləri aparılır.

Qeyd edək ki, görüşdə iştirak edən sədr müavini Çingiz Vəlizadə, baş mühasib  Bəşarət Qurbanov, mühasiblər Səyyarə Əliyeva və  Rəhiməxanım Atayeva, habelə “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli də müzakirə edilən mövzu ətrafında öz fikir və mülahizələrini bildiriblər.  

Xatırladaq ki, Sabunçu bələdiyyəsinin 15 üzvü var.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər