Əziz Zeynalov: “Bələdiyyənin uğuru yalnız kollektivin birgə fəaliyyəti ilə əldə oluna bilər”
“Bələdiyyənin üzləşdiyi çətinliklərin həlli bu qurumların inkişafına göstərilən kompleks yanaşmadan keçir. Ancaq bu yanaşmanı ilk növbədə bələdiyyənin kollektivi özü göstərməlidr. Yalnız bu halda uğurdan danışmaq olar” -bu fikirləri Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov deyib.
Sədr qeyd
edib ki, bələdiyyənin kompleks inkişafı yerli təsərrüfatların səmərəliliyinin
artırılması, sosial-mədəni və ekoloji məsələlərin həlli, habelə əmək, təbii və
digər yerli ehtiyatlardan lazımı səviyyədə istifadə etməklə vətəndaşların həyat
və istirahəti üçün zəruri şərtlərin yerinə yetirilməsi məqsədlərinə xidmət edir.
Sədr daha sonra qeyd edib ki, bələdiyyənin uğur və
nailiyyəti yalnız kollektivin birgə fəaliyyəti
ilə əldə oluna bilər. Odur ki, Nəsimi bələdiyyəsinin çoxsaylı kollektivi bu
istiqamətdə əzmlə çalışır.
Bir tərəfdən bələdiyyəyə müraciət edən vətəndaşlarla, digər tərəfindən bələdiyyə qulluçularının vergi ödənişi ilə bağlı sakinlərlə keçirdiyi görüşlərdə bələdiyyənin fəaliyyəti barəsində söhbətlərin aparılması, nəticə etibari ilə bələdiyyənin çəki və nüfuzunun artmasına müsbət mənada öz təsirini göstərmiş olur. Məhz bu görüşlərin, maarifləndirici söhbətlərin, habelə yenilənmiş BAMS-proqramının yaratdığı şəraitdən uğurlu istifadənin nəticəsidir ki, son beş il ərzində büdcə gəlirlərində dörd dəfəyədək artım müşahidə olunub. Belediyye.info
Rəylər
0 Rəy