Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-09-2025 , 21:29

1703

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İsrafil Hüseynov: Buzovna bələdiyyəsi olaraq daim vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində işlər aparılır

“Ölkə başçısı tərəfindən hər zaman vətəndaş məmnunluğu məsələsi ön planda tutulur. Belə olan halda  Buzovna bələdiyyəsində də  bu prinsip gözlənilir, vətəndaş amili önə çəkilir”- bu fikirləri Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov deyib.

Sədr qeyd edib ki, bələdiyyə tərəfindən vaxtaşırı olaraq yerlərdə keçirilən görüşlər bunun bariz nümunəsidir. Bələdiyyə sədrinin qəbuluna düşmək üçün vətəndaşların qəsəbə mərkəzinə üz tutması, bunun üçün müəyyən maliyyənin xərclənməsi, vaxt itkisinə səbəb olması hallarının və bir sıra digər çətinliklərin aradan qaldırılması məqsədilə qəbulların səyyar formatda keçirilməsi davam etdirilir.

Vətəndaşlar əsasən həyətyanı torpaq sahəsi və yerli vergilərin hesablanması, maddi yardım və fərdi yaşayış evinin tikintisinə köməklik göstərilməsi barədə müraciət ediblər. Vətəndaşların qaldırdıqları digər məsələlər qəsəbə yollarının asfaltlanması, içməli və suvarma suyu, mavi yanacaqla təminat, ünvanlı sosial yardımın verilməsinə köməklik göstərilməsi ilə bağlı olur.

Bələdiyyə sədri  vətəndaşların hər birini ayrılıqda dinləyir. Onlara müvafiq izahatlar verilir, proseslərin gedişatı izah olunur. Bir sıra məsələlər yerindəcə öz həllini tapır və hər dəfə müvafiq tapşırıq və tövsiyyələr verilir.  Buzovna bələdiyyə olaraq daim vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində daim işlər aparılır.

Sakinlər qəsəbə ərazisində aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya, görüş və qəbullar zamanı qaldırılan problemlərin operativ həlli istiqamətində görülən işlərə görə bələdiyyə  kollektivinə minnnətdarlıqlarını bildirirlər.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər