İsrafil Hüseynov: “Buzovna bələdiyyəsi olaraq daim vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində işlər aparılır”
“Ölkə başçısı tərəfindən hər zaman vətəndaş məmnunluğu məsələsi ön planda tutulur. Belə olan halda Buzovna bələdiyyəsində də bu prinsip gözlənilir, vətəndaş amili önə çəkilir”- bu fikirləri Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov deyib.
Sədr
qeyd edib ki, bələdiyyə tərəfindən vaxtaşırı olaraq yerlərdə keçirilən görüşlər
bunun bariz nümunəsidir. Bələdiyyə sədrinin qəbuluna düşmək üçün vətəndaşların qəsəbə
mərkəzinə üz tutması, bunun üçün müəyyən maliyyənin xərclənməsi, vaxt itkisinə
səbəb olması hallarının və bir sıra digər çətinliklərin aradan qaldırılması məqsədilə
qəbulların səyyar formatda keçirilməsi davam etdirilir.
Vətəndaşlar
əsasən həyətyanı torpaq sahəsi və yerli vergilərin hesablanması, maddi yardım və
fərdi yaşayış evinin tikintisinə köməklik göstərilməsi barədə müraciət ediblər.
Vətəndaşların qaldırdıqları digər məsələlər qəsəbə yollarının asfaltlanması,
içməli və suvarma suyu, mavi yanacaqla təminat, ünvanlı sosial yardımın verilməsinə
köməklik göstərilməsi ilə bağlı olur.
Bələdiyyə
sədri vətəndaşların hər birini ayrılıqda
dinləyir. Onlara
müvafiq izahatlar verilir, proseslərin gedişatı izah olunur. Bir sıra məsələlər
yerindəcə öz həllini tapır və hər dəfə müvafiq tapşırıq və tövsiyyələr verilir.
Buzovna bələdiyyə olaraq daim vətəndaşların
qaldırdıqları məsələlərin həlli istiqamətində daim işlər aparılır.
Sakinlər qəsəbə ərazisində aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya, görüş və qəbullar zamanı qaldırılan problemlərin operativ həlli istiqamətində görülən işlərə görə bələdiyyə kollektivinə minnnətdarlıqlarını bildirirlər.
Belediyye.info
Rəylər
0 Rəy