Habil Həmidov: “Binə qəsəbəsində vətəndaşların gündəlik olaraq sədr və bələdiyyənin digər rəsmiləri tərəfindən qəbulu keçirilir”
“Prezident İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, Xəzər rayonunda xüsusilə Binə qəsəbəsində vətəndaşların gündəlik olaraq sədr və bələdiyyənin digər rəsmiləri tərəfindən qəbulu keçirilir, onların problem və müraciətləri dinlənilməkdədir”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Habil Həmidov deyib.
Sədrin
sözlərinə görə, qəbul zamanı, vətəndaşlar tərəfindən edilən müraciətlərdən bələdiyyənin
səlahiyyəti çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv
araşdırılması və operativ həlli ilə bağlı, bələdiyyə rəsmiləri tərəfindən hər bir
görüşdə aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verilir.
Digər müraciətlərin araşdırılması xidmət sahələrinə yönəldilməsi məqsədəmüvafiq hesab edilir.
Belediyye.info
Rəylər
0 Rəy