Var qüvvəmizlə çalışacağıq ki... BƏLƏDİYYƏ SƏDRİ HESABAT VERİR
(İmişli rayonu İmişli Bələdiyyəsinin 2025-ci il ərzində görülmüş işlər haqqında HESABAT)
2025-ci ildə İmişli Bələdiyyəsinə 680
müraciət daxil olmuşdur. Bundan 58 müraciət həyətyanı torpaq alqı-satqısı üçün,
40 müraciət maddi yardımla bağlı, 18 müraciət təhlükə yaradan ağaclarla bağlı,
90 müraciət DSMF-dan dəfn xərci barədə,
474 müraciət isə digər qurumlar və orqanlardan daxil olan ərizələrdir.
Bu müraciətlərə əsasən həyətyanı torpaq
alqı-satqısı üçün lazımı sənədlər hazırlanaraq aidiyyəti təşkilatlara göndərilmiş,
maddi vəziyyətlərinin ağır olduğunu nəzərə alıb vətəndaşlara bələdiyyə tərəfindən
maddi yaradımlar verilmiş, digər daxil olan ərizələrə isə qanuna müvafiq olaraq
tədbirlər görülmüşdür.
İmişli Bələdiyyəsinin 01 yanvar 2026-cı il
tarixə 42.18 manat sərbəst pul qalığı
qalmış və 2025-ci il ərzində Dotasiya daxil olmaqla bələdiyyənin 228994 manat gəliri
olmuşdur.
GƏLİRLƏR:
Torpaq
vergisindən – 34467.88 manat
Əmlak
vergisindən – 44360.21 manat
Torpaq
icarə haqqı –38781.28 manat
Həyətyanı
torpaq satışından –76362.72 manat
Dövlət
dotasiyası – 18000 manat
Səyyari
ticarət – 1453.00 manat
Avtodayanacaq
– 479.00 manat
İanə-
5090 manat
Cəmi
: 228994.09 manat
XƏRCLƏR:
Əmək
haqqı,mükafat,bayrampulu – 98867.28
manat
Bank
xərci – 945.81 manat
Rabitə
xərci – 820.00 manat
Enerji
xərci – 900.00 manat
Dəftərxana
ləvazimatı – 684.00 manat
DSMF-na
– 24298.76 manat
Tibbi
sığorta –4034.08 manat
İşsizlik
– 982.47 manat
Abunə
haqqı – 132.00 manat
Maddi
yardım – 1390.00 manat
Torpaq
alqı-satqısı- 2290.00 manat
Səhvən
ödənilən vəsait geri qaytarılır – 1536.00 manat
Audit
xidmət haqqı – 2000.00 manat
Ezamiyyə–
1031.00 manat
Dəfn
xərci – 1140 manat
Yığıma
görə xidmət haqqı – 7294.03 manat
Onlayın
xidmət haqqı- 6028.32 manat
Təmir-tikinti
işlərinə- 54433.50 manat
Avadanlığın
alınması- 5590.00 manat
Torpaq
xərci- 264.07 manat
Üzvlük
haqqı –255.00 manat
Assosasiya
üzvlük haqqı – 1800.00 manat
Həmkarlar
–1652.92 manat
Biznes
kart – 305.00 manat
Torpaq
çıxarışının alınması – 7720.00 manat
Cəmi:
228945.00 manat
01.01.2026-cı ilə 42.18 manat sərbəst pul
qalığı qalmışdır. İmişli Bələdiyyəsi tərəfindən 2025-ci ildə İmişli bələdiyyəsinin
nəzdində yeni “Şəhər İnkişaf Lahiyələr” MMC müəssisəsi yaradılmış, İmişli Bələdiyyəsinin
inzibati binası, İmişli şəhəri Q.ismayılzadə küçəsində yerləşən Rəsul arx
kanalının ətrafındakı piyada səkisi, Nizami və Sabir adına istirahət parkında
yerləşən sanitar qovşağ binaları təmir təmir edilmişdir. Bundan başqa İmişli şəhəri
Zəfər prospektində və N.Savalanov küçəsinin sonunda yaşıllığ zolağında şam
ağacı əkilmiş, şəhər ərazisində müxtəlif küçələrdə qurumuş ağaclar götürülmüş və
yerində həmişəyaşıl ağaclar əkilmişdir. Keçmiş İmişli-Kürdəmir magistral yolu
indiki Zəfər yolu məişət tullantılarından təmizlənmiş və zibil qabları
qoyulmuş, şəhər ərazisində yerləşən hər 2 qəbrstanlığında daimi təmizlik və
abadlıq işləri aparılmış, uçub dağılmış kimsəsiz qəbrlərdə təmir aparılmışdır.
Qurban Bayramı münasibəti ilə şəhid ailələrinə,
qazilərə, vətən müharibəsi iştirakçılarına o cümlədən maddi köməkliyə ehtiyacı
olan 58 ailəyə qurban kəsilib paylanılmışdır.
Bələdiyyəmiz tərəfindən daha çox vergi
toplamaq olardı. Lakin iri vergi ödəyicilərinə, fiziki şəxslərə bələdiyyəmizə
olan vergi və rüsumlara dair borcları barədə çoxsaylı bildirişlər verməyimizə
baxmayaraq onlar bələdiyyəyə olan vergi borclarını ödəməkdən imtina edirlər.
Bununla bağlı icra və probasiya şöbəsinə tərəfimizdən müraciət edilmişdir.
Ötən illərə nisbətən 2025-ci ildə bələdiyyənin
büdcəsinə yığım orta səviyyədə olmuşdur.
2026-cı ildə bütün işçiləri səfərbər edib var qüvvəmizlə çalışacağıq ki,
vergi və rüsumların vaxtında toplanılmasını təmin edək.
Qalib Mirzəyev
İmişli Bələdiyyəsinin sədri
Rəylər
0 Rəy