Təmraz Tağıyev: “Səmərəli fəaliyyət üçün bələdiyyə qulluqçularına normal şəraitin yaradılması sədrin bilavasitə vəzifəsidir”
“Bələdiyyənin uğur qazanması və sakinlərin yanında nüfuz sahibi olması bir neçə məqamdan çox asılıdır. Onlardan biri bələdiyyə qulluqçularına normal əmək fəaliyyəti üçün şəraitin yaradılması, digəri isə inzibati binaya gələn sakinlərə göstərilən xidmət səviyyəsinin daim artırılmasıdır”- bu fikirləri Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev deyib.
Sədr
qeyd edib ki, ilk növbədə hər bir bələdiyyə sədri qulluqçularına və vergi xidmətinin
əməkdaşlarına nörmal şəkildə çalışması,
habelə vətəndaş qəbullarının təşkili üçün inzibati binada normal şərait
yaratmağa bocrludur.
Bunun
üçün sədr olaraq bələdiyyə iclasında məsələ qaldırılmış və inzibati binada bələdiyyə
qulluqçularının fəaliyyəti üçün əlavə tələb olunan məqamlar öyrənilmiş və tez
bir zamanda icrası həyata keçirilmişdir. Vergi xidmətinin fəaliyyəti üçün
lazimı texniki təchizat məsələləri öz həllini tapmış, həmçinin otaqlarda, o
cümlədən inzibati binanın fasadında cari təmir işləri aparılmasına start
verilmişdir.
Sürətli
şəkildə həyata keçirilən layihəyə yaxın günlərdə yekun vurulacaqdır.
Sədr
qeyd edib ki, yeni təsdiq edilən büdcə layihəsində növbəti ildə bələdiyyənin səmərəli fəaliyyəti ilə vergi ödəyicilərinə
xidmətini uğurla davam etdirəcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy