Rəşad Babayev: “Həssas qrupa aid olan sakinlərimizi diqqətdə saxlamaq bizim borcmuzdur”
"Bələdiyyə olaraq əsas məqsədimiz sakinlərə xidmət etməkdir. Bununla seçicilərimizə verdiyimiz sözü həm də tutmuş oluruq” - bu fikirləri Belediyye.infoya Nizami rayonu Keşlə bələdiyyəsinin sədri Rəşad Babayev deyib.
Bu günlərdə bələdiyyə iclasında müzakirədən sonra qəsəbədə yaşayan 75 qazi, şəhid ailələri və aztəminatlı ailələrə bayram paylarının verilməsi qərara alınıb.
Bələdiyyənin üzv və qulluqçularının iştirakı ilə keçirilən hər bir görüşdə ziyarət olunan şəhid, qazi və aztəminatlı ailələrin həm də sosial-məişət qayğıları ilə maraqlanılmış və bayram payı təqdim edilmişdir.
Belediyye.info
Rəylər
0 Rəy