Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-08-2025 , 12:36

3349

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İsrafil Hüseynov: Buzovna bələdiyyəsi olaraq maddi-mədəni irsimizin qorunması, mühafizəsi və təbliği ilə bağlı layihələri icra etməklə həm də bir ilkə imza atmış olacağıq”

“Qəsəbəmizin zəngin tarixinin öyrənilməsinə, maddi-mədəni irs nümunələrinin mühafizəsində və gələcək nəsllərə çatdırılmasında Buzovna bələdiyyəsi olaraq biz də öz töhfəmizi vermək niyyətindəyik”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri İsrafil Hüseynov bələdiyyənin sədr müavinləri Təbriz Ağayevin, Emil Musayevin,  bələdiyyənin hüquqşünasi Vüsal Poladovun,  bələdiyyə qulluqçusu Rəşad Quliyevin  və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqlinın iştiakı ilə keçirilən görüşdə deyib.

Görüşdə İsrafil Hüseynov bildirib ki, qədim tariximizi özündə əks etdirən abidələrin qorunmasında əsas məsuliyyət yükü mərkəzi icra orqanların üzərinə düşsə də, bu müqəddəs işdə biz də bələdiyyə olaraq sözümüzü deməli və maliyyə imkanları çərçivəsində öz töhfəmizi verməliyik. Artıq bu istiqamətdə bir sıra layihələrin icrası ilə bağlı məsələlərin bələdiyyə iclasına müzakirəyə çıxarmaq niyyətindəyik.

Qəsəbənin  maddi-mədəni irs nümunələrinin bərpası ilə bağlı bir sıra ciddi layihələr dövlətimiz və Heydər Əliyev Fondunun təşəbbüsü ilə icra olunub. Bizdə bələdiyyə olaraq bununla öz töhfəmizi verməyi nəzərdə tuturuq.

Bu gün bələdiyyə tərəfindən yaradılan komissiya üzvləri həmin ərazilərə baxış keçirib.

Sədr qeyd edib ki, bu gün qəsəbənin zəngin tarixini özündə yaşadan qədim “Hun Qəbirstanlığı”, XIX əsrə aid Təhməzovların hamamı, habelə “Nəsrani piri”nə baxış keçirilmişdir. Komissiyanın keçirdiyi baxışın nəticəsi olaraq hazırlanan təkliflər, o cümlədən   bələdiyyənin atacağı addımlar bələdiyyə iclasında müzakirəyə  çıxarılaraq icrası barədə qərar veriləcək.

Bələdiyyənin sədr müavini Təbriz Ağayev qəsəbənin qədim tarixinin öyrənilməsində və  bu zəngin tarixi gələcək nəslə çatdırmaqda bələdiyyənin öz töhfəsinin olması təqdirəlayiq hal hesab edib. Zəngin tariximizi öyrənməli, təbliğ etməli və yaşatmalıyıq.  Bununla yanaşı bəzi abidələrin qeydiyyat nömrəsinin vurulmaması, bəzilərinin ümumiyyətlə dövlət qeyddiyyatına alınmasına dəstək verilməsi, həm də məsuliyyətli bir işdir.  Hər halda atılan addımlar maliyyə tələb etsə də, bələdiyyə bu layihələrin icrasına dəstək verəcəyinə inanıram.

Bələdiyyənin sədr müavini Emil Musayev həyata keçirləcək layihələrin  sosial media platformalarında ingilis dilində də paylaşılması gələcəkdə qəsəbənin yerli və beynəxalq turizm sahəsinin də inkişafına səbəb olacaqdır.

Bələdiyyənin hüquqşünası Vüsal Poladov isə çıxışında  maddi mədəni irs nümunələrinin qorunmasında, o cümlədən qeydiyyata alınmasının hüquqi tərəflərinə toxunub.  

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli bildirib ki, bələdiyyənin bu addımına yüksək dəyər verərək, belə bir layihələrin icrası ilə Buzovna bələdiyyəsi əslində bir ilk imza atmış olacaq. Bundan əvvəl bələdiyyə şəhidlərə həsr olunan monumental bir abidənin ucaldılmasını həyata keçirməklə həm şəhidlərə ehtiramını göstərdi, həm də yadda qalan bir layihə icra etmiş oldu. Bütün hallarda maddi-mədəni irsimizin qorunmasında Buzovna  bələdiyyəsinin bu təşəbbüsü alqışalayiqdir.

Görüşdə yaxın günlərdə komissiyanın təkliflərinin birgə müzakirə edilməsi qərara alınmışdır.

Görüşə yekun vuran sədr İsrafil Hüseynov bildirib ki, Buzovna bələdiyyəsi olaraq  maddi-mədəni irsimizin qorunması, mühafizəsi və təbliği ilə bağlı layihələri icra etməklə həm də bir ilkə imza atmış olacaqdır.

 Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər