Nigar Məmmədova: “Sakinlərin yerli özünüidarəetmə orqanına inamları artıb”
“Xocəsən
bələdiyyəsi mütəmadi olaraq sosial -iqtisadi
məsələlərin həllində fəallıq göstərməklə, seçicilərinin etimadını
qazanmağa, onlara mənəvi və maddi dayaq olmaqla
bir çox problemlərin aradan qaldırılması istiqamətində işlərini davam
etdirməkdədir”- bunu Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Nigar Məmmədova
deyib.
Sədr qeyd edib ki, məhz bu səbəbdən sakinlərin yerli özünüidarəetmə orqanına inamları artıb. Artıq əhalinin bir çox sosial problemlərin həllində bələdiyyəyə üz tutur, ondan kömək umurlar.
Vətəndaş məmnunluğunu təmin etmək məqsədilə sakinlərımızın növbəti müraciətlərini nəzərə alaraq, Xocəsən bələdiyyəsi Sulutəpə qəsəbəsinin Yovşanlı küçəsinə asfalt örtüyünün çəkilməsi üçün aidiyyatı qurumla müqavilə bağlanılması haqqında qərar qəbul etmiş və qərarın icrasına başlanılmışdır. Həmçinin, Sulutəpə qəsəbəsi 20 Yanvar küçəsinin bir hissəsi və Əskipara küçəsi, 1-ci döngə ünvanında yaşayan sakinlərin müraciətinə əsasən sözügedən ünvanda küçə işıqlarının yararsız vəziyyətdə olduğunu nəzərə alaraq, küçə işıqlarının bərpası işlərinə başlanılmışdı.
Yaxın günlərdə layihənin başa çatdırılması nəzərdə tutulur.
Rəylər
0 Rəy