Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-10-2025 , 21:18

1069

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Ruhin Orucov: “BAMS-ın tezliklə elektron notariat sisteminə qoşulması nəticə etibari ilə büdcə gəlirləmizə öz müsbət təsiri göstərmiş olacaqdır”

“Bakıxanov bələdiyyəsi hər bir seçicinin müraciətini diqqətdə saxlamaqla onun həllinə çalışır. Ancaq vətəndaş məmnunluğunun təmin edilməsi bələdiyyənin büdcə gəlirlərinin artım səviyyəsindən də çox  asılıdır.” -bu fikirləri Belediyye.infoya  adıçəkilən bələdiyyənin sədri Ruhin Orucov deyib.

Sədr qeyd edib ki, bütün hallarda BAMS-da tətbiq edilən yeniliklərin istər SMS xidmətinin tətbiqi, istərsə də BAMS-ın ƏMDX-nin məlumat sisteminə inteqrasiya edilməsi Bakıxanov  bələdiyyəsinin büdcə gəlirlərinin artımına öz müsbət təsirini göstərməkdədir.

Lakin BAMS-ın  elektron notariat sisteminə qoşulması nəticə etibari ilə büdcə gəlirləmizə öz müsbət təsiri göstərmiş olacaqdır.

Bələdiyyədə qurulan vergi-uçot sisteminin hesabına ötən ilin müvafiq dövrü ilə müqayisədə  52.379 manata artım müşahidə olunub. Bu isə 18 fazilik artım deməkdir.

Belə ki, ötən ilin doqquz ayı ərzində 296.584 manat əldə edilmişdisə, cari ilin doqquz ayı ərzində bu rəqəm 350 min manata yaxın olmuşdur.

 Sabunçu RİH daim dəstəyini hiss etdiklərini qeyd edən sədr bildirib ki, ilin sonunadək büdcə gəlirlərimizi bir qədər də artırmaq niyyətindəyik.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər