Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-11-2025 , 23:09

860

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Telman Süleymanov: “Şüvəlan bələdiyyəsi olaraq bundan sonra da həssas qrupa aid olan insanlara dəstək göstərməyi ozünə borc bilir”

 


"Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda yaralananların və şəhid ailələrinin sosial təminatına dəstək olaraq  Şüvəlan bələdiyyəsi də ciddi layihələr icra edilməkdədir. Şəhid və qazi ailələrinə dövlətlə yanaşı, həm də bələdiyyə tərəfindən  hər cür yardım edilir”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu, Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov deyib.

Zəfər günü ilə bağlı bələdiyyə iclasının qərarı ilə  4 şəhid ailəsinə və və 11 qazi ailəsinə bayram sovqatı təqdim edilmişdir.

Sədr vurğulayıb ki, bizim ən yaxşı milli xüsusiyyətlərimizdən bir qarşılıqlı yardımlaşma və bunun üçün cəmiyyətin səfərbər olma əzmini göstərə bilməsidir: "Bu gün əldə etdiyimiz tarixi zəfərdən sonra bütün vətəndaşlarımız bu prosesə müəyyən töhfə verməklə iştirakçı olmağa çalışır. Belə əhval-ruhiyyə ictimai həmrəyliyi artırmaqla həm də milli birliyimizi gücləndirir. Bu, çox mühüm hadisədir və gələcək inkişafımız, birlik və bərabərliyimiz üçün çox vacibdir.

Şüvəlan bələdiyyəsi olaraq bundan sonra da həssas qrupa aid olan insanlara maliyyə imkanları çərçivəsində dəstək göstərməyi ozümüzə borc bilirik”

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Qəsəbə ahilları ziyarət olunub

Bakı
01-10-2025
1012

27 Sentyabr- Anım Günü...

Bakı
27-09-2025
1113