Telman Süleymanov: “Şüvəlan bələdiyyəsi olaraq bundan sonra da həssas qrupa aid olan insanlara dəstək göstərməyi ozünə borc bilir”
"Azərbaycan
Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda yaralananların və şəhid ailələrinin
sosial təminatına dəstək olaraq Şüvəlan
bələdiyyəsi də ciddi layihələr icra edilməkdədir. Şəhid və qazi ailələrinə dövlətlə
yanaşı, həm də bələdiyyə tərəfindən hər
cür yardım edilir”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu, Şüvəlan bələdiyyəsinin
sədri Telman Süleymanov deyib.
Zəfər
günü ilə bağlı bələdiyyə iclasının qərarı ilə 4 şəhid ailəsinə və və 11 qazi ailəsinə bayram
sovqatı təqdim edilmişdir.
Sədr vurğulayıb
ki, bizim ən yaxşı milli xüsusiyyətlərimizdən bir qarşılıqlı yardımlaşma və
bunun üçün cəmiyyətin səfərbər olma əzmini göstərə bilməsidir: "Bu gün əldə
etdiyimiz tarixi zəfərdən sonra bütün vətəndaşlarımız bu prosesə müəyyən töhfə
verməklə iştirakçı olmağa çalışır. Belə əhval-ruhiyyə ictimai həmrəyliyi
artırmaqla həm də milli birliyimizi gücləndirir. Bu, çox mühüm hadisədir və gələcək
inkişafımız, birlik və bərabərliyimiz üçün çox vacibdir.
Şüvəlan
bələdiyyəsi olaraq bundan sonra da həssas qrupa aid olan insanlara maliyyə imkanları
çərçivəsində dəstək göstərməyi ozümüzə borc bilirik”
Rəylər
0 Rəy