Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-10-2025 , 00:16

988

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təmraz Tağıyev: "Nərimanov bələdiyyəsi hər zaman seçicilərin qaldırdığı problemlərin həllinə çalışır"

"Nərimanov bələdiyyəsi hər daim vətəndaş məmnunluğunun təmin edilməsinə çalışır. Məhz bu məqsədlə sakinlərlə keçirilən  səyyar görüşlərdə   qaldırılan məsələləri daim diqqətlə yanaşır və maliyyə imkanları çərçivəsində həllinə çalışır”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Təmraz Tağıyev bildirib.

Sədrin sözlərinə görə, sakinlərin müraicəti əsasında bu günlərdə rayonun Y.V.Çəminzəmənli küçəsi 61 ünvanında asfalt örtüyünün çəkilməsinə başlanılıb.

Bələdiyyə iclasının qərarı ilə həyata keçirilən layihə artıq başa çatdırılıb. Küçənin bir hissəsində həm də təmizlik işləri aparılmışdır.

Sədr qeyd edib ki, Nərimanov  bələdiyyəsinin  iclaslarında müzakirəyə çıxarılan məsələlərin böyük bir hissəsi məhz sakinlərin qaldırdığı problemlərin həlli ilə bağlı olur.

Təmraz Tağıyev qeyd edib ki, Nərimanov bələdiyyəsi olaraq əsas məqsədimiz vətəndaş məmnunluğunu təmin etməkdir.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər