Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-10-2025 , 14:30

1366

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əziz Zeynalov: “Vətəndaş məmnunluğunun təmin edilməsi hər zaman həm də maliyyə vəsaiti tələb edir”

“Nəsimi bələdiyyəsinin əsas məqsədi seçicilər qarşısında götürdüyü öhdəliyi layiqincə yerinə yetirməyə çalışmaqdır. Bələdiyyənin əldə etdiyi gəlirlərdə məhz bu istiqamətə xərclənir” - bu fikirləri Belediyye.infoya Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov bildirib.

Sədrin sözlərinə görə, cari ili doqquz ayı ərzində rayon ərazisində həyata keçirilən abadlıq-quruculuq işlərinə töhfə olaraq Nəsimi bələdiyyəsi iki irihəcmli layihənin icrasını yekunlaşdırmaq üzrədir. Rayonun Mirəli Qaşqay küçəsində “Abad həyət” layihəsinin icrası başa çatdırılmış,  Süleyman Rüstəm küçəsindəki layihənin icrası  isə yaxın günlərdə başa çatdırılacaqdır. 

Bələdiyyə olaraq əsas vəzifəmiz,  həm də rayon ərazisində vətəndaş məmnunluğunun təmin edilməsinə töhfəmizi verməyə çalışmaqdır. Bunun üçün sosial layihələrin də icrasını unutmur və əlavə edim ki,  bələdiyyə iclaslarında daim bu müraicətlər müzakirə olunur.

Yeri gəlmişkən sədr  bəzi məqamlara toxunub:

“Novruz” bayramı münasibəti ilə 220  şəhid, Qarabağ müharibəsi əlillərinə və aztəminatlı ailəyə  ərzaq bağlaması, “ Ramazan” və  “Qurban” bayramları  münasibəti ilə 250  şəhid, Qarabağ müharibəsi əlillərinə və aztəminatlı ailələrə  ərzaq bağlaması şəkilində yardımı göstərilmişdir.

Ötən dövr ərzində  “Novruz“ bayramı münasibəti ilə 84 nəfər şəhid və qazi ailəsinin hər birinə 100 manat olmaqla maddi yardım göstərilmişdir. Habelə A. A. Bakıxanov prospekti 37 ünvanında yerləşən Bakı şəhəri “1 saylı Körpələr Evi “nə ərzaq yardımı göstərilmişdir. 

Bununla yanaşı Nəsimi rayonu üzrə 600-dən yuxarı bal toplayan 27 nəfər  məzunla keçirilən görüşdə onlara qiymətli  qol saatı hədiyyə edilmişdir.

Ötən dövr ərzində Nəsimi rayon Prokurorluğundan Nəsimi bələdiyyəsinə müxtəlif vaxtlarda daxil olmuş  məktublara əsasən 9 nəfər kimsəsiz şəxsin dəfn prosesi dini rituala uyğun olaraq həyata keçirilmişdir.

Sədr daha sonra qeyd edib ki, sadalanan layihə və işlər ümumi görülmüş işlərin  yalnız bir hissəsidir.

Sədr bildirib ki, vətəndaş məmnunluğunun təmin edilməsi hər zaman əlavə maliyyə vəsaiti tələb edir. Bələdiyyənin vergi xidmətinin fəaliyyətinin nəticəsidir ki, ötən ilin doqquz ayı ilə müqayisədə cari ilin doqquz ayı ərzində büdcə gəlirlərində 50,2 faiz artım olub.

BAMS-da tətbiq edilən yeniliklərin istər SMS xidmətinin tətbiqi, istərsə də BAMS-ın Əmlak məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya edilməsi bələdiyyənin büdcə gəlirlərinin artımına öz müsbət təsirini göstərməkdədir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər