Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-10-2025 , 16:49

1240

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Suraxanı RİH-də  keçirilən tədbirdə  bələdiyyə sədrləri də iştirak edib

Suraxanı rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 18 oktyabr – Müstəqilliyin bərpası günü münasibəti ilə tədbir keçirilib.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, idarə rəhbərləri iştirak ediblər.

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, 18 oktyabr – Müstəqilliyin bərpası gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlər barədə danışıb və qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti və müdrik uzaqgörənliyi sayəsində dağılmaq və parçalanmaqdan xilas olan Azərbaycan məhz Prezident cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində durmadan inkişaf etməklə daha da güclənib, beynəlxalq birliyin layiqli üzvünə, regionun qüdrətli lider dövlətinə çevrilib. Bunun nəticəsi olaraq İlham Əliyevin rəhbərliyi altında dövlətimizin suverenliyi tam bərpa olunub.

Suraxanı RİH 



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər